Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


30.12.2018  10:36 

Binəli Yıldırım daha bir vəziifəyə namizəd irəli sürüldü





A+  A-

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizəd irəli sürülüb.
XəzərNews.az İHA-ya istinadən xəbər verir ki, bu barədə qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb:

“İstəyirik ki, İstanbul daha çox inkişaf etsin. Ona görə də ən təcrübəli, ən qocaman, ən icraatçı bir şəxsi namizəd olaraq göstərdik. İstanbul buna layiqdir”.

B.Yıldırım bu qərara görə təşəkkürünü bildirib və vəzifənin öhdəsindən gəlmək üçün çox çalışacağını deyib:

“Mənim bu şəhərə daha çox xidmət borcum var. İndi bu borcu ödəməyə gəlirəm. Söz verirəm ki, çox çalışacağıq”.

Qeyd edək ki, Binəli Yıldırım 2002-2016-cı illər aralığında nəqliyyat, dənizçilik və kommunikasiya naziri, 2016-2018-ci illər aralığında baş nazir vəzifələrində çalışıb. Bundan başqa, 5 dəfə millət vəkili seçilib. Bu ilin 12 iyulundan etibarən isə parlament sədri vəzifəsini icra edir.

Xəbər 1193 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +