Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


18.12.2018  15:57 

Bu il 80 jurnalist öldürülüb, 60-ı girovluqdadır





A+  A-

2018-ci ilin əvvəlindən bəri dünyada peşəkar fəaliyyətləri ilə əlaqədar azı 80 jurnalist ölüb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının illik hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, bundan əlavə, 348 nəfər jurnalist fəaliyyəti ilə əlaqədar saxlanılıb, daha 60 jurnalist girovluqdadır, üçündən isə xəbər yoxdur. “Sərhədsiz reportyorlar” 2018-də jurnalist ölümünün ötən ilki dövrlə müqayisədə 8 faiz artdığını vurğulayıb.

Ölən KİV işçilərindən 31-i təhlükəli bölgələrdə xidmət öhdəliklərini yerinə yetirən zaman dünyasını dəyişib, 49-u isə sui-qəsd qurbanı olub.

2018-ci ildə ölən jurnalistlərin əksəriyyəti Əfqanıstandadır. Orada 15 reportyor və kütləvi media əməkdaşı öldürülüb.

Bu peşə sahibləri üçün təhlükəli ölkələrin altılığına Suriya, Meksika, Yəmən, Hindistan və ABŞ daxil edilib.

Həbsdə olan jurnalistlərin üstünlük təşkil etdiyi ölkələr Çin, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və İrandır. Ümumilikdə, bu ölkələrdə peşə fəaliyyətinə görə 187 jurnalist həbsdədir.

Xəbər 1767 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +