“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir


10.01.2024  18:59 

Yol Polisi hava ilə bağlı piyadalara müraciət edib





A+  A-

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib.

Xəzərnews.az xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır.

Təsadüfi deyil ki, mövcud meteoroloji şəraitdə yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına əhəmiyyətli dərəcədə təsir göstərir.

Bununla yanaşı, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl olunmaması, həmçinin sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementləri olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.

Lakin bəzən qar və ya yağış səbəbindən səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud yağmurlu havalarda intizamsız sürücülərin yolun ən müdafiəsiz iştirakçısı olan piyadalara qarşı məsuliyyətsiz davranışı piyadalar üçün əlavə çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır".

Xəbər 1160 dəfə oxunub.




02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +