Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


02.10.2022  11:10 

Zorla ərə verilən məktəbli qız danışdı: - VİDEO





A+  A-

Bakıda 17 yaşlı məktəbli qızın zorla ərə verilməsinin qarşısı alınıb.

XəzərNews.az xəbər verir ki, söhbət şərti adı Gülnar olan yeniyetmədən gedir.

Bakıda anasının himayəsində yaşayan Gülnar iki il nişanlı qalıb. Oktyabrın 8-də onun toyu olacaqdı. Ona görə də Gülnar erkən yaşda ailə qurmaq istəmədyini əvvəl anasına, sonra nişanlısına deyib. O, təhsilini davam etdirmək, ali təhsilli müəllimə olmaq istədiyini dilə gətirib. Nişanlısı buna qətiyyən imkan verməyəcəyini deyib, hətta Gülnarı təhdid edib.

Toy günü yaxınlaşdıqca nə edəcəyini, necə edəcəyəni düşünən Gülnar polisə zəng edərərk azyaşlı olduğunu və zorla ərə verilmək üzrə olduğunu bildirib. Anası ilə birgə ifadə verdikdən sonra nişanlısının təhdidlərindən qorxduğu üçün sığınacağa pənah gətirib. Üç gündür burada olduğunu, özünü güvəndə hiss etdiyini deyən Gülnarın bir arzusu var: yarıda qoyduğu orta məktəbi bitirib, ali təhsil almaq.

"Sığınacağa gələn yeniyetmə qızların arzuları bir-birinə bənzəyir",- deyən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, son bir həftədə erkən nikaha məcbur edilən qızların sayı dörd olub.

Gülnarın üz-üzə qaldığı fakta gəlincə, bununla bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah olunub.

Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanır. Belə şəxslər Cinayət Məcəlləsinin "Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə" maddəsi üzrə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar.



Xəbər 6453 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +