Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur


06.03.2025  14:06 

Tıxaca səbəb iftar imiş... - RƏSMİ





A+  A-

38 küçə və prospekt üzrə svetoforlara “yaşıl dalğa” əmri verilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, martın 3-dən başlayan prosesin davam edəcəyi ehtimal olunur.

Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da (şəhərə giriş-çıxış yolları) təsir edir.

Nəqliyyatın intensivliyini artırmaq məqsədilə svetoforlara “yaşıl dalğa” əmri verilən küçə və prospektlərin siyahısı aşağıdakılardır:

1. S.Vurğun küçəsi;
2. A.Bakıxanov küçəsi;
3. M.Müşfiq küçəsi;
4. Mehdi Hüseyn küçəsi;
5. Ş.Bədəlbəyli küçəsi;
6. M.Füzuli küçəsi;
7. R.Behbudov küçəsi;
8. K.Rəhimov küçəsi;
9. 28 May küçəsi;
10. Ü.Hacıbəyli küçəsi;
11. Y.Səfərov küçəsi;
12. A.Cəlilov küçəsi;
13. Ak.Həsən Əliyev küçəsi;
14. Gülarə Qədirbəyova küçəsi;
15. İstiqlaliyyət küçəsi;
16. C.Hacıbəyli küçəsi;
17. Ə.Ağaoğlu küçəsi;
18. Vaqif küçəsi;
19. Ə.Dəmirçizadə küçəsi;
20. Nəsib bəy Yusifbəyli küçəsi;
21. Y.V.Çəmənzəminli küçəsi;
22. M.Araz küçəsi;
23. Nazim Hikmət küçəsi;
24. M.Mehdizadə küçəsi;
25. Nizami küçəsi;
26. Süleyman Rəhimov küçəsi;
27. Tbilisi prospekti;
28. 8 Noyabr prospekti;
29. Q.Qarayev prospekti;
30. İnşaatçılar prospekti;
31. Neftçilər prospekti;
32. Z.Əliyeva prospekti;
33. Azadlıq prospekti;
34. Azərbaycan prospekti;
35. Xətai prospekti;
36. Atatürk prospekti;
37. Parlament prospekti;
38. F.Xoyski prospekti.

Xəbər 1430 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +