İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


05.03.2021  15:21 

Həbs edilən qazi azadlığa buraxıldı





A+  A-

Bu gün Şirvan Apelyasiya məhkəməsində Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydın Ağazadənin məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu azadlığa buraxılıb.

Cəlilabad rayon məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan edilmiş ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilib.

Bununla belə, təqsirləndirilən şəxs Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apelyasiya protesti verilib.

Xəbər 2872 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +