Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


05.11.2017  12:11 

Rövşənin “Lotu Quli”dən qisasını o alacaq





A+  A-

Azərbaycanlı məmur, Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev 2 gün öncə İstanbulda bu yaxınlarda həbsxanadan çıxmış “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanılmış, sonra sərbəst buraxılmışdı.
XəzərNews.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, İstanbulda baş verənlərin bir sıra təfərrüatları məlum olub. Belə ki, Namiq Canıyev kriminal avtoritetə qarşı hazırlanan sui-qəsdin iştirakçısı olmayıb. Onun mediada yayılan sonuncu şəklini isə ondan xəlvət çəkiblər.

N.Səlifovla haqq-hesabı Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet, oğru dünyasının “Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov “çürütmək” istəyir. Hansı ki, o, bu yaxınlarda saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə “Lotu Qulinin” adamlarının satdığını güman edirlər.

Məlumata görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələsini yoluna qoymaq üçün gedibmiş. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.

Sayt qeyd edir ki, N.Canıyev qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. O, bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. İnternetdə Şeyx Həmzətin dünənki İstanbul əməliyyatında ələ keçən Mehmet Sabri Şirinlə birgə fotosu yer almaqdadır. Bu, onların yaxın münasibətlərdə olduğu faktını bir daha təsdiqləyir.

Yeri gəlmişkən, polis Namiq Canıyevi ticarət mərkəzində deyil, oteldə saxlayıb.

Xəbər 2553 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +