Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb


30.08.2023  18:24 

Hikmət Hacıyev jurnalistin statusuna niyə reaksiya verib? - Açıqlama





A+  A-

Bir az əvvəl yazdığım status müəyyən narahatlıq doğurub. Erməni və onların himayədərlarının körüklədiyi əsəb müharibəsindən doğan narahatlıq sıravi vətəndaşlardan tutmuş siyasi dairələrə kimi hər kəsə sirayət edib.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Sürixdə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli çıxış edib.

E.Həsənlinin açıqlamasını olduğu kimi təqdim edirik:

- Əslində yazdığım status da mənim bir azərbaycanlı kimi narahatlığımdan yaranıb. Mən həmin statusda yazımışdım ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyir ki, Ağdam-Xankəndi yolu açılandan sonra 24 saat ərzində Laçın yolu da açılacaq. Mən bu açıqlamanı “Azərbaycan Fransanın qabağından qaçması və Qarabağ ermənilərinə yenidən qol-qanad vermək” kimi dəyərləndirmişdim.

Hörmətli Hikmət bəy həmin statusla bağlı mənə göndərdiyi ismarışda vurğulayır ki, vəziyyət mən təqdim etdiyimdən ciddi şəkildə fərqlidir. Belə ki, son 3 ayda Azərbaycan dövləti məhz bu nəticəyə nail olmaq üçün bütün müstəvilərdə mübarizə aparıb. İlk gündən də bizim şərtimiz belə olub. Yəni öncə Ağdam-Xankəndi, daha sonra isə Laçın yolu açılır. Bu işdə əsas olan odur ki, Ağdam yolu ön plandadır. Cənab prezident də Makronla danışığı zamanı bu məqamı vurğuladı. Proseslər Azərbaycanın istəyinə uyğun şəkildə davam edir. Narahatçılıq üçün heç bir əsas yoxdur. Bir daha vurğulayıram ki, proses Azərbaycan tərəfinin ciddi nəzarəti altındadır.

Hörmətli Hikmət bəyin bu açıqlamasından sonra mən özüm xeyli sakitləşdim. Bu məsələ ilə bağlı narahat olanları da sakit olmağa dəvət edirəm.

Hörmətli Hikmət bəyin yazdığım statusa operativ reaksiya verməsini də yüksək dəyərləndirirəm. Təqdir olunası nümunədir.

Qarabağ uğrunda isə mübarizə davam edir. Biz bu məsələdə son nəfərimizə qədər bir və bütöv olmalıyıq. Unutmayaq ki, məhz bu birlik 44 günlük müharibədə bizə Zəfər qazandırdı. Erməni işğalı altındakı torpaqlarımızı geri qaytardı. Erməni daşnak ideologiyasını isə rəzil etdi...


Xəbər 2015 dəfə oxunub.




12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +