Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


01.07.2019  10:38 

Dalğanın hündürlüyü 5,8 metrə çatıb, dolu düşüb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumatda bildirilir ki, iyunun 30-u gündüzdən iyulun 1-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.

Xaltan, Qrızda 37 mm (aylıq normanın 41 %-i), İsmayıllıda 34 mm, Göyçayda 24 mm (aylıq normanın 53 %-i), Qəbələdə 18 mm (aylıq normanın 16 %-i), Şamaxıda 18 mm (aylıq normanın 29 %-i), Xaçmazda 17 mm (aylıq normanın 93 %-i), Astarada 16 mm (aylıq normanın 35 %-i), Altıağacda 14 mm, Daşkəsən, Qusar, Sarıbaşda 13 mm, Lerik, Ağsu, Yevlaxda 11 mm, Kişçay (Şəki), Lənkəranda 10 mm, Xınalıq, Mərəzə, Ağdam, Gədəbəydə 9 mm, Şabran, Yardımlıda 8 mm, Zaqatala, Tərtərdə 6 mm, Şahdağda və Şəkidə 5 mm, Ağdərə (Ordubad), Quba, Bərdədə 4 mm, Göygöl, Oğuzda 3 mm, Ağstafa, Gəncə, Naftalan, Tovuzda 2 mm, Şahbuz, Şəmkir, Balakən, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Nabranda 0.5-1 mm yağış yağıb.

30 iyun 20:35-20:45 radələrində Daşkəsəndə diametri 12 mm olan dolu düşüb.

Qərb küləyi Naftalanda 32 m/s, Mingəçevir, Gəncə, Ağstafa, Şahbuzda 20 m/s, Salyan, Ağdamda 18 m/s, Zərdabda 17 m/s, Neftçalada 15 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s, arabir 25-30 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,8 metrə çatıb.

Temperatur iyunun 30-da Bakıda iqlim normasından 0,4 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-28, Aran rayonlarında 26-32, dağlıq rayonlarda 14-19, Naxçıvan MR-da 30-34 dərəcə isti təşkil edib.

Xəbər 1473 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +