Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


24.09.2021  11:57 

Diliniz yenə uzanıb?





A+  A-

Ermənistanda Sasna-Tsrer adlı bir siyasi partiya var. Mən bu partiyanın Ermənistanın ictimai-siyasi həyatında hansı rolu oynadığını bilmirəm. Bildiyim bircə odur ki, o xarabada nə qədər ağlı topuğunda olan adam varsa, hamısı bu partiyada toplaşıb.

Dünən oxudum ki, Sasna-Tsrer oktyabrın 1-də İrəvanda mitinq keçirmək istəyir. İddiaları başlarından böyükdür.

Erməni xalqını Azadlıq meydanına dəvət edən Sasna-Tsrerin korafəhim lideri Varucan Avetisyan deyib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına imkan verməyəcəklər. Guya Ermənistan mövcud siyasi şərtlər altında Azərbaycanla sülh müqaviləsi imzalasa, alçalmış olacaq.

Bu dılğır Avetisyanla sosial şəbəkələr vasitəsilə əlaqəsi olan oxuculardan bir xahişim var. Lütfən, bu sözlərimi olduğu kimi ona çatdırın:

- Ay dəyyus, siz müharibə vaxtı Paşinyan gündə 7 dəfə Putinə zəng edəndə alçalmısınız. Rusiyanın siyasi elitasında sizin haqqınızda danışılan lətifələrdən xəbəriniz var? Ruslar deyir ki, Paşinyanın üzündən Putin 44 gün telefonunu bağlı saxladı. Bəs fransızların nə dediyini bilirsənmi? Fransızlar danışırlar ki, Azərbaycanla Ermənistan arasında davam edən 44 günlük müharibə zamanı Makrona arvadından çox Paşinyan zəng edib.

Nikolun ötən il noyabrın 10-da gecə saat 2-də kapitulyasiya aktını yarıqaranlıq zirzəmidə imzalamağı nə tez yadınızdan çıxdı? Sizi siçan deşiyinə qədər qovan Azərbaycan əsgəri sağ-salamatdır, ürəyindəki təpər, biləyindəki güc əvvəlkindən də artıqdır. Ağıllı olun!

Ay vələdüzzina, belə qəhrəmansansa, müharibə getdiyi 44 gün ərzində arvadının tumanının altından niyə bir dəfə başını çölə çıxarmadın?

Niyə əlinə silah alıb Qarabağa gəlmədin?

Əgər sən o vaxt arvadının arxasında gizlənməsəydin, erməni xalqı bu gün bir boşboğazdamn qurtulmuş olacaqdı...

Dünənki xəbərdir: "Hadrutda daha bir erməni əsgərinin qalıqları tapıldı".

Ay yaramaz, müharibənin nə vaxt başa çatdığından xəbərin var?

Üç gün sonra Vətən müharibəsinin başlanmasının bir ili tamam olacaq. Aradan bir il keçir, siz hələ Azərbaycan torpaqlarında gorbagor olmuş hərbçilərinizin cəsədlərini yığıb-yığışdıra bilməmisiniz. Bunu bilə-bilə hansı üzlə müharibədən dəm vurursan?

Niyə Paşinyan tülkü kimi yarıqaranlıq zirzəmidə kapitulyasiya aktını imzalayanda meydana çıxıb müharibə tələb etmirdin?

O vaxt hamınızın dili qarnına girmişdi.

Diliniz yenə uzanıb?

Arada tarix oxu.

Andranikin qulağını babam Sultan bəy kəsib.

Eybi yox, biz də sənin dilini kəsərik.

Həm də elə kəsərik ki, bir də üstümüzə hürə bilməzsən...

Seymur VERDİZADƏ

Xəbər 2556 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +