Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


12.03.2021  17:43 

“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı





A+  A-

“Nar” media nümayəndələrinin də iştirakı ilə keçirilən mətbuat konfransında 2020-ci ilin yekunlarına dair hesabatını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, mobil operator 2020-ci ildə müştəriyönümlü strategiyasına sadiq qalaraq xidmətlərini yeni reallıqlara və müştərilərinin dəyişən tələblərinə uyğunlaşdırıb. Həmçinin “Nar” Vətən müharibəsi və koronavirus pandemiyası ilə səciyyələnən bu ildə rəqəmsal kanalların inkişafına xüsusi diqqət ayrıb və müxtəlif sosial layihələrlə cəmiyyətə dəstəyini davam etdirib.

İlin ilk rübündən etibarən karantin məhdudiyyətlərini nəzərə alaraq, mobil operator müştərilərin evdən çıxmadan bir çox xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar”ı istifadəyə verdi. Həmçinin onlayn kanallarla nömrə satışları da aktuallaşıb. Belə ki, narsim.az saytı vasitəsilə minlərlə müştəri yeni “Nar” abunəçisinə çevrilib. Ümumilikdə, səyyar xidmət və onlayn satış kanalları üzərindən 8000-dək sorğu icra edildib

Müştəri təcrübəsinin daha əlverişli olması üçün il boyunca 19 satış nöqtəsi və 3 “Nar” xidmət mərkəzi yeni konseptə uyğun olaraq abunəçilərin istifadəsinə verilib. Məqsəd müştərilərin bütün təmas nöqtələrində vahid və üstün keyfiyyətli xidmət əldə etməsidir. Şirkətin müştəriyönümlü strategiyasının bir parçası olaraq, mağaza və xidmət mərkəzlərinin yenilənməsi bu il də həm Bakı, həm də bölgələrdə davam etdiriləcək.

Mobil operator ötən il boyunca şəbəkə təkmilləşdirməsi işlərinə də davam edib. Ümumilikdə, 150-dən çox yeni baza stansiyası quraşdırılıb ki, bununla da 4G baza stansiyalarının sayı 2700-ü, 3G baza stansiyalarının sayı isə 2800-ü ötüb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 84%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Bundan başqa, ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 33% artıb. Bu göstərici üzrə xüsusi artım isə 52%-lə bölgələrdən olan istifadəçilərin payına düşür.

Karantin rejimi müddətində “Nar" müxtəlif kanallar vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib. 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib. Çağrı Mərkəzinə müraciət etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 1 il ərzində 195 mindən artıq sorğu daxil olub. Mobil operatorun rəsmi sosial media səhifələri vasitəsilə 205 mindən çox abunəçinin sorğusuna dərhal cavab verilib.

2020-ci il ərzində müştərilərə göstərilən yüksək keyfiyyətli xidmət sayəsində mobil operatorun müştəri loyallığı indeksi üzrə 30% artım qeydə alınıb. Abunəçilərin seçiminə təsir edən 3 əsas amil zənglər və mobil internet üçün ən yaxşı qiymətlər, şəbəkə keyfiyyətindən razılıq və kəsintisiz zənglər, internet və zənglər üzrə sərfiyyatın hesablanma dəqiqliyi olub. Qeyd edək ki, müstəqil araşdırma şirkətləri tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” müştəri məmnuniyyəti indeksi üzrə liderliyini artıq ardıcıl 2-ci ildir ki, qoruyub saxlayır.

Xəbər 1858 dəfə oxunub.




16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +