Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


08.04.2019  14:23 

MTRŞ Vaqif Mustafayevə ciddi tapşırıq verdi





A+  A-

“Müğənni Rüfət Axundovun efirə buraxılmaması ilə bağlı artıq bu gün televiziya və radio kanallarının rəhbərlərinə şifahi olaraq məlumat verilib”.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev məlumat verib. O, bildirib ki, bu barədə rəsmi yox, şifahi olaraq məlumat verilib: “Təbii ki, “Space” kanalının rəhbərliyi də bu məsələdən xəbərdardır. Dedilər ki, bununla bağlı problem yoxdur.

Televiziyanın 5000-8000 manat məbləğində cərimələnməsi məsələsinə isə hakim özü baxacaq. Biz ayın 4-də Yasamal rayon məhkəməsinə müraciət etmişik. Kanalın aparıcısı Anar Vaqifoğlu artıq işdən uzaqlaşdırılıb. Efir rejisosoru Etibar Mustafayev də işdən uzaqlaşdırılıb. Kanalın rəhbərliyinə də ciddi tapşırıq verilib”.

Kanalların şifahi xəbərdarlığa əməl etməyə borclu olub-olmamasına gəlincə isə, A. Hacıyev qeyd edib ki, kanallara sadəcə xəbərdarlıq edilir:

“Artıq bundan sonrakı məsələ kanalların öz işidir. Dəvət edə və etməyə də bilərlər. Biz kanalların yaradıcılıq işinə qarışa bilmirik. Ona görə də şifahi olaraq xəbərdarlıq edirik. Məsələni bu cür qoymuşuq ki, qeyri-etik ifadə işlədən adam necə olur ki, başqa kanallara dəvət olunsun?!

Müğənni öz səviyyəsini, mədəniyyətini bununla göstərdi. Televiziyalara camaat baxır. Afət Fərmanqızı ilə bağlı məsələni qoyduq və əməl olunub. Biz Milli Teleradio Şurası olaraq öz üzərimizə düşən işi gördük”.

A. Hacıyev kadrın montaj edilib-edilməməsindən də danışıb. O, vurğulayıb ki, montaj məsələsini aydınlaşdırmaq üçün videoya bir neçə dəfə baxılıb: “Müğənni özü deyir ki, montaj edilib. Biz Rüfət Axundovu tanımırıq ki?! Dəfələrlə baxdıq və gördük ki, montaj söhbəti yoxdur. Özü də veriliş canlı yayımlanıb. Rüfət Axundov özü yerləşdiyi videoda həmin hissəni montaj edib. Özünə haqq qazandırmaq istəyir, bu isə artıq gecdir”.

Xəbər 1630 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +