Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


17.10.2017  09:25 

Bakıda torpaq bahalaşıb





A+  A-

Sentyabr ayında Bakıda torpağın qiyməti bahalaşıb.
XəzərNews.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında Bakıda torpaq bazarında qiymətlər 1.61 faiz artıb, ilin əvvəli ilə müqayisədə isə 4.2 faiz azalıb.

N.İbrahimov daşınmaz əmlakın digər sahələrində də qiymət artımının olduğunu bildirib. Onun sözlərinə görə, kommersiya obyektləri bazarında ay ərzində qiymət artımı 1.5 faiz təşkil edib, ilin əvvəli ilə müqayisədə isə 14.83 faiz azalma olub.

Ekspert bildirib ki, obyektlərin icarəsi bazarında da ay ərzində 5.75 faiz artım olub, ilin əvvəli ilə müqayisədə isə 14.45 faiz azalma olub. Ekspertin sözlərinə görə, ümumən daşınmaz əmlak bazarı üzrə ay ərzində 0.46 faiz artım olub, ilin əvvəli ilə müqayisədə isə 3.58 faiz azalma qeydə alınıb.

N.İbrahimov qeyd edib ki, sentyabr ayında qiymətlərin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin artmasıdır: "Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar".



Xəbər 1882 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +