Amal Qrup Qubadlıda podratçının ödənişini vermir
Qızını döyüb videoya çəkən ana ilə bağlı - DİN-dən açıqlama
Roma Papası Ukrayna üçün dua oxumağa çağırıb
Mehdiyevə 10 il həbs tələbi, Azad Rəhimovun oğlu isə...
AZCON-un icraçı direktoru kimdir?
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?
Yevlaxda məktəbli intihar edib
Biz niyə “Oskar” üzünə HƏSRƏTİK?
“Laser Beauty Estetik Klinika”sı cərimələndi
Putin və Tramp sonuncu dəfə nə zaman danışıb?


15.02.2025  14:05 

Əliyev Vuçiçə təbrik məktubu göndərdi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Serbiya uzun illərdən bəri yaxın dost və etibarlı strateji tərəfdaşdılar. Yüksək səviyyəli siyasi dialoqumuz və yeni məzmunla zənginləşən əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahına töhfələr verməklə yanaşı, Qafqaz və Balkan regionları arasında əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır.

Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.

Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz məmnunluq doğurur. Mövcud imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimizin daha da inkişafına, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə nail ola bilərik.

Əminəm ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.



Xəbər 1051 dəfə oxunub.




03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib

03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?

03.03.2025  12:33 

Sabahdan havalar qızır

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı


BÜTÜN XƏBƏRLƏR +