Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


10.10.2022  11:38 

“Azərişıq”ın “işıqlandıracağ”ı zavod kimindir?





A+  A-

“Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) elan etdiyi 2 tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

“Azərişıq” ASC tərəfindən keçirilən 2 tender müsabiqəsində 1 şirkət – “İntegras” MMC (VÖEN –) qalib seçilib.

“Azərişıq” Abşeron rayonu Türkan üzümçülük sovxozunun, Abşeron rayonu 1 saylı Hövsan zeytunçuluq sovxozunun ərazisində yerləşən Aqroparkın suvarma sisteminin və Xətai rayonu 2 saylı Zığ zeytunçuluq sovxozunun, Abşeron rayonu Türkan üzümçülük sovxozunun ərazisində yerləşən qeyri yaşayış sahələrinin xarici elektrik təchizatı işlərinin satın alınması üçün “İntegras” MMC-yə 700 min 833 manat 23 qəpik, Xəzər rayonu, Zirə qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun elektrik enerjisi ilə təchiz olunması işlərinin satın alınması üçün isə 616 min 53 manat 15 qəpik ödəyəcək.

Tender müsabiqəsində diqət çəkən məqamlardan biri odur ki, qalib şirkətin - “İntegras” MMC-nin hazırda dövlət büdcəsinə 159 min 910 manat 54 qəpik vergi borcu var.

Qeyd edək ki, tender müsabiqəsində sənəd qəbulu sentyabr ayının 26-da başa çatıb.

Belə görünür ki, 160 min manatlıq borc son 10 gün ərzində formalaşıb. Həmin tarixə kimi vergi borcunun olması mümkün deyil. Çünki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Müsabiqə ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, Zirə qəsəbəsində yerləşən “Zeytun yağı və süfrəlik zeytun istehsalı zavodu”nun sahibi olan “Zirə Aqropark” MMC (VÖEN – 1503134451) “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayev ilə qouhumluq əlaqələri olan şəxslərə məxsusdur.

“Zirə Aqropark” MMC-nin bir il əvvələ qədər qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda "Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181 ) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.

Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir.

Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir./Yeniavaz.com


Xəbər 11447 dəfə oxunub.




16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +