Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


02.06.2022  17:41 

“Get hara istəyirsən şikayət elə” - Aysel də şikayətçidir...





A+  A-

Aprelin 3-də Bakıdakı “Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alan tanınmış bloqer Aysel Şükürova məkan sahiblərindən şikayətçidir.

Bu barədə o, instaqram səhifəsində paylaşım edib.

Aysel xəstəxana xərclərinin qarşılanmadığını deyib: “Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir ki, müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan... Heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər 15 gün möhlət verin, artıq 1 ay keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah, layiqi cəzalarını taparlar. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər”.

Bloqer paylaşımına hadisə nəticəsində yanan nahiyəsinin videogörüntüsünü də əlavə edib.

Qeyd edək ki, partlayışda ağır xəsarət alanlardan daha biri, klubun əməkdaşı olmuş Fariz Məmmədzadə də bir müddət öncə klub rəhbərliyindən şikayət etmişdi. O qeyri-qanuni çalışdırıldığını, ona görə sığortası olmadığını və nəticədə müalicə xərclərinin qarşılanmadığını bildirmişdi.

Xatırladaq ki, “Location”da baş verən partlayış nəticəsində 4 nəfər həlak olub. Hadisəyə görə isə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində "The Place" adlı gecə klubunu işlətməyə başlayıblar. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti də icarəyə götürərək oranı "Location" gecə klubu adı ilə açıblar./“Qafqazinfo”

Xəbər 2000 dəfə oxunub.




16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +