Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


22.12.2021  16:41 

Astaranın cəhənnəmi xatırladan yolları - Foto





A+  A-

Astara rayonunun Şiyəkəran kəndində yararsız vəziyyətdə yol ilə bağlı problem həllini tapmayıb.

XəzərNews.az xəbər verir ki, kənd sakini Yaşar Əliyev Oxu.Az-a bildirib ki, mövcud problem olduğu kimi qalıb və bu səbəbdən kəndin əhalisi, xüsusilə də məktəbli uşaqlar çətinlik çəkirlər.

Onun sözlərinə görə, yağış suları ilə dolan çökmüş yol uşaqların məktəbə gedib-gəlməyini mümkünsüz edib:

“Kəndin yolları çox bərbad vəziyyətdədir. Mərkəzdən körpü olan hissəyə qədər yollar normaldır, oradan sonra isə demək olar ki, küçələr cəhənnəmi xatırladır. Yağış yağan zaman isə yolların vəziyyətini təsəvvür etmək mümkün deyil”.

Astara Rayon İcra Hakimiyyətinin Şiyəkəran kəndi üzrə icra nümayəndəsi Elşad Məcidov bildirib ki, körpünü yerləşdiyi ərazidən üç küçədə qazıntı işləri aparılıb, çınqıl isə səpilməyib:

“Üç küçədə suyun axarını təmin etmək üçün birtərəfli qazıntı aparılıb. Yağış olmasa, iki yerdə daha qazma işləri aparmağı planlaşdırırıq. Elə küçə var ki, ora çınqıl tökmək olar, elə yer var ki, olmaz. Çünki, kəndin küçələri həyətyanı sahədən yarım metr hündürdür.

Oranı qazsaq, yoldan maşınların keçməsi mümkünsüz olacaq. Gün ərzində bir küçədə qazıntı işləri aparmağı və çınqıl səpməyi düşünürük”.

İcra nümayəndəsi küçələrə hələ də çınqıl tökməmələrinin səbəblərinə aydınlıq gətirərkən bildirib ki, bunun üçün müvafiq bələdiyyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə icazə üçün müraciət etməlidir:

“Əgər bələdiyyə icazə üçün müraciət etməsə, çınqıl götürə bilmərik. Bələdiyyə sədrinə bu barədə məlumat vermişik. İcazəsiz çınqıl götürsək, bələdiyyə cərimə edilə bilər. Daha əvvəl də bu məsələ yaşanıb, bələdiyyə 4000 manat cərimə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almaq üçün bələdiyyə məktub yazmalıdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyindəki Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədri Samir Qurbanov deyib ki, bunun üçün icazə tələb olunur:

“Qanunvericiliyə əsasən yerin təkindən istifadə icazəli fəaliyyətdir. Hər hansı bir qanunsuz fəaliyyət aşkar edilərsə, qanunvericiliyə əsasən tədbir görülür”.



Xəbər 1734 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +