Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


28.11.2020  11:46 

“Putinlə peyvənd idxalını müzakirə edirik” - Ərdoğan





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə koronavirus peyvəndlərinin idxalını müzakirə etdiyini açıqlayıb.
XəzərNews.az-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Türkiyə və Çin Səhiyyə Nazirlikləri səviyyəsində bu sahədə dialoq aparılır.

Onun sözlərinə görə, koronavirusa qarşı yerli peyvəndin yaradılması üzrə fəal iş davam edir.

Dövlət başçısı son günlər Türkiyədə “COVID-19”un sürətlə artmasını da şərh edib: “Təəssüf ki, koronavirus səbəbindən yoluxma və ölüm statistikası artır. Bu da bizi narahat etməyə bilməz”.

Türkiyə Prezidenti vətəndaşları sosial məsafə tədbirlərini nəzərə almağa və maska taxmağa çağırıb: “Bu, xüsusilə böyük şəhərlərin sakinlərinə aiddir. Əks təqdirdə xəstəliyin artması qaçılmazdır”.

Türkiyə lideri ölkənin xəstəxanalarında yer azlığı olmadığını da qeyd edib.

Xəbər 1365 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +