Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


29.04.2019  10:34 

Alı Alıyev növbəti səyyar qəbul keçirib - Fotolar





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü düşmənlə təmas xəttində yerləşən Şükürbəyli kəndində keçirilib.
XəzərNews.az-ın məlumatına görə, qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev deyib ki, Şükürbəyli kəndində hal-hazırda 960 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1548 nəfərə hər ay 93600 manat vahid aylıq müavinət ödənilir, 4 ailəyə ünvanlı sosial yardım təyin edilib, 2 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Şükürbəyli kəndində 11 şəhid ailəsi, 7 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 99 nəfər yaşa görə, 64 nəfər əlilliyə görə, 13 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət verilir. Kənd sakinlərindən 124 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Şükürbəyli kəndində məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. 2018-2019-cu təsərrüfat ilində 630 ha taxıl əkilib, 2000 mkq barama istehsal olunub. Kənd sakinlərinə ötən təsərrüfat ilində becərdikləri əkin sahələrinə görə dövlət tərəfindən 12850 manat subsidiya ödənilmişdir.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.





Xəbər 1309 dəfə oxunub.




16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +