“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


19.11.2021  12:12 

Prezident Biləcəri lokomotiv deposunun açılışında - Foto





A+  A-

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi" layihəsi çərçivəsində həyata keçirilib. Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib. Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.
Dövlətimizin başçısı yeni deponun açılışını edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, digər sahələrdə olduğu kimi nəhəng infrastruktur və nəqliyyat layihələrinin icrası istiqamətində də çox böyük işlər görülüb. Ən önəmlisi odur ki, bütün bu işlər dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda həyata keçirilir. İcra olunan layihələr arasında Azərbaycanda dəmir yolu nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi prosesinin müasir səviyyəyə çatdırılması, dəmir yolu nəqliyyat vasitələri parkının müasirləşdirilməsi və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər də böyük önəm daşıyır. Bu işlər Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşduğu coğrafi məkan kimi Azərbaycanın regionda rolunu və yerini daha da möhkəmləndirir, iqtisadi və nəqliyyat-logistika potensialını əhəmiyyətli dərəcədə artırır.

Onu da qeyd edək ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi baxımından yeni Biləcəri lokomotiv deposu da mühüm rol oynayacaq.

Xəbər 4103 dəfə oxunub.




25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +