Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


19.11.2019  09:14 

Bu gün Beynəlxalq Kişilər Günüdür





A+  A-

Hər il noyabr ayının 19-da Beynəlxalq Kişilər Günü qeyd edilir.
XəzərNews.az-ın məlumatına görə, bu gün ilk dəfə 1999-cu ildə Trinidad və Tobago adasında (Karib dənizi adaları) qeyd edilməyə başlanıb.

Daha sonra Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd edilib.Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Hazırda Beynəlxalq Kişilər Günü 60-dan çox ölkədə qeyd olunur. Trinidad və Tobaqo, Yamayka, Avstraliya, Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, Rumıniya, Sinqapur, Malta, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, Qana, Kanada, Danimarka, Norveç, Avstriya, Ukrayna, Fransa, İtaliya, Pakistan, Kuba bu ölkələr sırasındadır.

Xəbər 1764 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +