Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


09.01.2020  18:23 

Badamdardakı sürüşmənin səbəbi açıqlandı





A+  A-

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və dosent Starə Tarixazər bu gün saat 9.05-də Bayıl ərazisində baş vermiş sürüşmə zonasında olublar.
İnstitutdan XəzərNews.az-a verilən məlumata görə, hadisə yerində olan əməkdaşlar Bayıl yolunun Badamdar qəsəbəsinin 1,1 km-liyində baş vermiş torpaq sürüşməsinin yolu tam bağladığını müşahidə ediblər.

Onlar sürüşmə kütləsinin böyüklüyünü və onun 80-85 m enində olan bir hissəsinin 100-120 m uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.

Tədqiqatçılar bildirirlər ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib.

Son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur.

Xəbər 2087 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +