AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


28.05.2023  21:58 

Azərbaycan Bütövlük Platforması Cümhuriyyətin 105 -ci ildönümünü qeyd etdi





A+  A-

Azərbaycan Bütövlük Platformasının təşəbbüsü ilə Cümhuriyyətin 105 -ci ildönümü bayram tədbiri ilə qeyd olunub.

XəzərNews.az xəbər verir ki, ABP Cümhuriyyət gününə həsr olunmuş bayram tədbirinə aydınları, siyasiləri və gəncləri bir araya gətirib.

ABP sədri Bəhram İsmayıl bu günün Azərbaycan tarixində əhəmiyyətindən söz açıb.

Sonra məruzə ilə çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi, professor Rəis Rəsulzadə Cümhuriyyət gününün önəmindən, qurucu babalarımızın fəaliyyətindən danışıb.

AMEA Cümhuriyyət şöbəsinin müdiri, professor Kamran İsmayılov Rəsulzadə və silahdaşlarının çox çətin şərtlər altında ağlasığmaz fəaliyyətindən, Cümhuriyyətin tariximizdə rolundan bəhs edərək, bu bayramın xalqımızın həyatında və düşüncəsində ən önəmli bayram statusu almalı olduğunun zəruriliyini vurğulayıb: "Xalqımızın, Cümhuriyyət bayramını Novruz bayramından daha təmtəraqlı keçirilməsinə nail olduğumuzda qurucu babalarımızın dəyərini vermiş olacağıq".

Tədbirdə KXCP sədri Mirmahmud Mirəlioğlu, şair Rüstəm Behrudi, türkoloq və hüquqşunas İbrahim Xəlil, ADR sədr müavini Rüfət Muradxanlı, AMİP-dən professor Vidadi Bəşirov, keçmiş DİN naziri Siyavuş Mustafa, sabiq millət vəkili və ABH İH -nin üzvü Fərəc Yusifbəyli, ÜMİD partiyası İcra Aparatının sədri Taleh Əliyev, tarixçi Nəcəfalı Cahangirli, içtimai fəallardan Zəfər Cəfərli, Elmira Rüstəmova və başqaları Cümhuriyyətin xalqımızın tarixindəki önəmindən və qurucu babalarımızın fəaliyyətindən danışıblar.









Xəbər 1266 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +