AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


28.05.2021  09:11 

“Türkiyənin vətəndaş Konstitusiyasına ehtiyacı var” - Ərdoğan





A+  A-

Türk xalqının iradəsini təmin etmək yolunda müxtəlif dövrlərdə maneələr, o cümlədən hakimiyyəti silahlı yolla ələ keçirmək cəhdləri olub. Bunun son nümunəsi 2016-cı ilin 15 iyul hadisələridir.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 27-də İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndələrinə müraciətində bildirib.

Dövlət başçısı xatırladıb ki, düz 61 il bundan əvvəl bu gün Türkiyə demokratiyasının tarixində qara ləkə olan Türkiyə Respublikasında ilk hərbi çevriliş baş verib.

“Türkiyəyə siyasi, sosial və iqtisadi nöqteyi-nəzərdən baha başa gələn çevrilişlərdən birincisi - 1960-cı ilin çevrilişi - 61-ci il keçməsinə baxmayaraq, hələ də türk xalqının qəlbində qanayan yaradır”, - Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, yalnız qiyamçılar deyil, həm də onları təhrik edən və dəstəkləyən siyasətçilər Türkiyə üçün təhlükə olaraq qalırlar.

Türkiyə lideri ölkənin yeni Konstitusiyasının hazırlanması istiqamətində atılan addımlara diqqət çəkib.

Dövlət başçısı xatırladıb ki, Türkiyənin 1982-ci ildəki Konstitusiyası da hərbi çevrilişdən sonra qəbul edilib.

“Ölkəmizin vətəndaş Konstitusiyasına ehtiyacı var. Bir sıra müxalifət partiyaları artıq əsas qanun haqqında öz təkliflərini hazırlayıblar. Hakim partiyanın təşəbbüsləri də hazırdır. Bütün təkliflər sonda hərtərəfli müzakirə olunacaq, nəticəsi vahid sənəd olacaq”, - Ərdoğan deyib.

Dövlət başçısı Türkiyə parlamentində təmsil olunan bütün partiyaları ümumxalq səsverməsinə çıxarılacaq yeni Konstitusiyanın hazırlanmasına konstruktiv töhfə verməyə çağırıb.

Xəbər 1230 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +