Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib
Polis 500 min manata yaxın pulu ələ keçirənləri saxladı
Qrant müsabiqəsinin nəticələri nə zaman elan ediləcək?


13.04.2021  12:21 

Vyanada karantin rejimi uzadıldı





A+  A-

Avstriya rəhbərliyi epidemioloji vəziyyətə görə Vyanada karantin müddətini 2 may tarixinə qədər uzadıb.
XəzərNews.az Avstriya mətbuatına istinadən xəbər verir ki, Vyana meri Mixael Lüdviq ötən gün keçirdiyi mətbuat konfransında paytaxtda tətbiq olunan karantin müddətinin 2 may tarixinədək uzadılacağını bildirib. Bununla belə 26 apreldə məktəblərdə əyani təhsilin başlaması planlaşdırılır.

Lüdviqin sözlərinə görə, hazırda paytaxt xəstəxanalarında yoluxma sayının artması ilə əlaqədar yer çatışmazlığı yaranıb. Belə ki, hazırda xəstəxanalarda 778 koronavirus xəstəsi müalicə olunur, onlardan 245-i reanimasiya şöbəsindədir.

Mer may ayından etibarən ictimai iaşə sahəsində məhdudiyyətlərin yumşaldıla biləcəyini də əlavə edib.

Qeyd edək ki, bu günə qədər Avstriyada koronavirusa 578 min 950 yoluxma faktı qeydə alınıb.



Xəbər 1665 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib

27.02.2025  15:44 

Sabiq nazirə yeni vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +