Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib
Polis 500 min manata yaxın pulu ələ keçirənləri saxladı


06.09.2018  17:36 

Qusarda 10 nəfərlik dəstə saxlanıldı - Vətəndaşlara 100 min ziyan vurublar





A+  A-

Qusarda illərdir quldurluq edən dəstə polis tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, Qusar rayon polis şöbəsində qeydə alınan 17 mənzil oğurluğu və bir quldurluq hadisəsi bu günlərdə aparılan əməliyyat – axtarış tədbirləri nəticəsində ələ keçən 10 nəfər rayon sakini tərəfindən törədildiyi müəyyənləşib.

Cinayətkar dəstənin 2015-ci ildən hazırki dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurladığı aşkarlanıb. Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara ümumi məbləği 100 min manat dəyərində olan ziyan dəyib. Qrupun 3 üzvü isə quldurluq hadisəsi törətməkdə təqsirli bilinir.

İlkin araşdırmalara görə cinayətkar dəstə 2015-ci ildə 5, 2016-ci ildə 6, 2017-ci ildə 3, 2018-ci ildə isə 4 cinayət hadisəsi törətməkdə təqsirli bilinir. Dəstə üzvlərindən bir nəfəri Şıxzada Şıxıyev 2017-ci ildə dünyasını dəyişib.Hazırda Qusar rayon PŞ tərəfindən saxlanılan 10 nəfərdən 7-si barəsində həbs qətimkan tədbiri seçilib,3 nəfər isə nəzarətə götürülüb. Dəstə üzvlərinin digər cinayət hadisələrində də iştirak etməsi araşdırılır.

Xəbər 1550 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib

27.02.2025  15:44 

Sabiq nazirə yeni vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +