AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


27.02.2017  11:05 

Hər qovşaqdan ayda 5 min alan “Aztelekom“ şefinin Əli Abbasovla şok biznesi





A+  A-

"Aztelekom" MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədovun biznes şəbəkəsi haqda yeni məlumatlar əldə etmişik
Məlumata görə, M.Məmmədovun adına olan firmalar olub. Bildirilir ki, sabiq direktorun “Data Plyus” internet provayderi keçmiş rabitə nazir Əli Abbasovla şəriklə işləyib.

Həmçinin, məhbus məmurun “Kabel - Servis” MMC-də 100% payı olub. Bundan başqa, köhnə ATS avadanlığının satışı və köhnə kabellərin satışı da M.Məmmədovun biznes imperiyasına daxil imiş.

Bu azmış kimi, "Aztelekom" MMC-nin sabiq baş direktorunun Türkiyədə marketlər şəbəkəsi olub. Bütün bu biznes imkanlarını əmək haqqı ilə əldə etməsi gülünc səslənər.

Məlumatlarda vurğulanır ki, Məmmədov hələ vəzifə başında olarkən özünə çox böyük və şəbəkəli biznes qura bilib. Və bu zaman dövlət idarəsinin imkanlarından da geniş yararlanıb.

Məlumatda deyilir ki, sabiq baş direktor bəzi dairələrə vaxtlı vaxtında «hədiyyələr», «yardımlar» göndərərək, edəcəyi hərəkətlərdən dolayı arxayınlıq yaradırdı.

M.Məmmədovun «Dataplus», «Qlobal», «Qtelekom», «CNC» şirkətlər İT Holdinqi Azərbaycanın bütün bölgədərində internet xidməti göstərir. Bu şirkətlər qanunsuz olaraq yerli Telekommunikasiya Qovşaqlarında ödənişsiz avadanlıqlar yerləşdiriblər.

Həmin xətlərdən istifadə olunur, başqalarına məxsus xətlərdən də qanunsuz istifadə edirlər. Belə ki, onlar şəxsi müştərilərini kanallara qoşur və nəticədə, 10 min km-lərlə dövlət balansında olan kabellərin satışına da zəmin yaradırlar. Satılan kabellərin pulları isə dövlət qurumunun hesabına deyil, Məhəmməd Məmmədovun şirkətlərinin hesabına axır
Verilən xəbərə görə, bu əməliyyatların başında Tural Abbasovun dayandığını iddia edirlər. T.Abbasov Məhəmməd Məmmədovun bacısı oğludur və onun bütün şirkətləri idarə etdiyi vurğulanır.

Səbuhi Hüseynov məhkəmə ifadəsində deyib ki, Tovuz rayon telefon qovşağının rəisi vəzifəsində işləyib. Prokurorun suallarını cavablandıran şahid qeyd edib ki, qovşağa ayrılan pullardan "Aztelekom" MMC-nin hesabına ödəmələr olmayıb.

Şahidin məhkəmədəki ifadəsi ibtidai istintaqa verdiyi ifadəsi ilə ziddiyyət təşkil edib. Prokuror onun ifadəsini elan edib.

Bundan sonra şahid ifadəsini xatırladığını deyib və deyilənləri təsdiqləyib. Bildirilib ki, "Aztelekom"un hesabına ayda 5 min manat pul ödənilirdi. "Bu, abunəçilərdən yığılan pullar idi"

"Aztelekom” MMC-nin sabiq baş direktoru, təqsirləndirilən Məhəmməd Məmmədov da bəzi qovşaqlardan ayda 5000 manat alınmasını təsdiq edib.

O qeyd edib ki, bu, kredit pulları idi: "Amsterdam şəhərindən kreditlə avadanlıq alınmışdı. Bu kreditin ödənilməsi üçün rəsmi qaydada internet abunəçilərindən daxil olan pullardan qovşaqlar hər ay pul ödəyirdi. Bununla bağlı qovşaqlara rəsmi məktub göndərmişdi".

(politika.az)

Xəbər 5041 dəfə oxunub.




28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +