Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


09.06.2018  18:45 

Azərbaycan xaricə aviareyslərin sayını artıracaq





A+  A-

"Prezident İlham Əliyevin siyasəti sayəsində bu gün ölkədə nəqliyyat sektoru dinamik inkişaf edir".
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.

E.Vəlizadə deyib ki, bu gün Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib: "Hazırda Azərbaycan regionda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində bir sıra layihələrin icrasçısı və təşəbbüskarı kimi çıxış edir və dünya nəqliyyat xəritəsinə mühüm imkanlar əlavə edir".

Onun sözlərinə görə, bu gün Azərbaycanda 6 beynəlxalq hava limanı mövcuddur və bu ilin may ayında Heydər Əliyev limanı regionda ilk, dünyada isə sayı 8 olan beşulduzlu hava limanlarından biri seçilib. E.Vəlizadə əlavə edib ki, yeni təyyarələrin alınması, uçuşların genişləndirilməsi nəzərdə tutulur: "Azərbaycan regionda yeganə ölkədir ki, yeni "Dreamliner”lərə malikdir və yenilərinin alınması planlaşdırılr. Azərbaycan uçuşların coğrafiyasını genişləndirərək 100 istiqamətə uçuşlar təşkil edəcək".

Nazir müavini qeyd edib ki, Azərbaycanda nəqiyyat və turizm sektorunun inkişafı üzrə fəaliyyət davam etdirilir və bu işdə ölkəmiz tərəfdaşlarla əməkdaşlığa hazırdır.

Xəbər 1738 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +