Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


17.03.2018  15:12 

Azyaşlıdan telefon oğurlayan tutuldu





A+  A-

Paytaxtın Səbail rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edilib.
XəzərNews.az xəbər verir ki, naməlum şəxsin metronun “Sahil” stansiyasının yaxınlığında 14 yaşlı A.B-nın “Samsung” markalı mobil telefonunu əlindən alınması barədə Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verilib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən, Qəbələ rayon sakini İkram Muradov saxlanılıb. İlkin ifadəsində o, törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefon aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Qeyd edilən faktla bağlı bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya 39-cu Polis Bölməsinə müraciət edə bilərlər.

Xəbər 1505 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +