Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


08.11.2023  11:47 

Sabir Rüstəmxanlının Zəfər bayramı təbriki...- Mətn





A+  A-

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 noyabr Zəfər bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Xəzərnews.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz bacılar və qardaşlar!

Sizin hər birinizin milli qürurumuzun zirvəsi olan Zəfər günü münasibətilə təbrik edirəm. Vətən müharibəsində Azərbaycan xalqı cəmi 44 günə 30 il ərzində icra olunmayan BMT qətnamələri, nəticəsiz qalan danışıqları, beynəlxalq təşkilatların quru bəyanatlarından daha üstün bir gücə malik olduğunu sübut etdi. Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə şəhidimiz “Torpaq uğrunda ölən varsa Vətəndir” həqiqətini dünyaya bir daha sübut etdi.

Şəhidlərimizin ruhu qarşısında bu gün bir daha baş əyirik, onların xatirəsi hər zaman sevgi və sayğıyla anılacaq. Bu günkü Zəfər Bayramımıza atılan ən şərəfli imza onların imzasıdır!

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün, Böyük Qələbə Günü, 200 illik işğal və faciə tarixinə son qoyulduğu gündür! 2023-cü ilin sentyabrında bir günlük uğurlu antiterror tədbirləri ilə şanlı ordumuz Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoydu!

Zəfər bayramı bizim halal haqqımızdır! Zəfər bayramımız mübarək olsun!

Yaşasın Azərbaycan!”.

Xəbər 2227 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +