Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


28.03.2017  13:53 

Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə məktub ÜNVANLADI





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U. Tillerson arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib.
Bu haqda XəzərNews.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb.
Nazir hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməklə ABŞ ilə enerji məsələləri üzrə yaxından əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, iki ölkənin terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması üzrə uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Erməsnitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın ədalətli vasitəçiliyinə etibar etdiyini və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə nizamlanmalı olduğunu bildirib.
ABŞ-ın dövlət katibi Reks U. Tillerson Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin xüsusilə enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyib. O, ABŞ-ın Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi imkanlarının artıtılması istiqamətində səylərinə dəstək verdiyini bildirib.
Dövlət katibi Azərbaycanın 9/11 hadisələrindən sonra ABŞ-a dətək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb. O həmçinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib.
Reks U. Tillerson dostluq və əməkdaşlığın 25 illiyi münasibətilə Amerika xalqı adından Azərbaycan xalqına təbriklərini çatdırıb.

Xəbər 1965 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +