Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


24.01.2019  12:09 

“Nə qədər artıq qurum var imiş...”





A+  A-

Deputat Elmira Axundova sosial ipoteka məsələsinin özəl sektorda işləyənlərə də şamil edilməsini təklif edib.
XəzərNews.az xəbər verir ki, o qeyd edib ki, özəl sektorda çalışan bir neçə qrup ailələr var ki, onlar aylıq gəlirlərinin normal olduğunu vurğulayır, ancaq sosial ipotekadan yararlana bilmir: “Hesab edirəm ki, sosial ipoteka bütün gənc ailələrə verilməlidir. Burada dövlət və özəl sektor məsələsinə baxılmamalıdır. Özəl sektorda işləyənlər yüz minlərlə insan var. Amma onlar dövlətdən heç bir imtiyaz almırlar”.

Deputat xatırladıb ki, 2019- cu ilin dövlət büdcəsi layihəsi parlamentdə müzakirə olunanda maliyyə naziri Samir Şərifova aparatın şişirdilməsi məsələsini bildirib:

“Nazir mənə dedi ki, bu düz deyil. Yəni dövlət qulluqçuları ilə bağlı 327 milyon manat artırılma məsələsini nəzərdə tuturdum. Bəli, mən düz demişdim. Cənab prezident bir neçə qurumu ixtisar etdi. Nə qədər artıq qurum var imiş bizdə. İndi bu ixtisarlar gedir. “DOST” mərkəzləri məsələsini müzakirə edəndə nazir Sahil Babayevə sual verdim ki, rayonlarda sizin qurumun 3 filialı var. Bu 3-nü ləğv et, hamısı “DOST”a keçsin. Ancaq dedi ki, bu, tədricən olacaq. Niyə tədricən, birdəfəlik edin də.

İxtisar olunanlar məsələsinə də toxunmaq istəyirəm. Hansısa ixtisarlar olursa o ixtisar olunanlar hara getsin? Nazirlikdə, qurumlarda boş yerlər çoxdur. Həmin adamları boş yerlərə yerləşdirmək lazımdır. Cənab prezident də sərəncamında qeyd edib ki, həmin qurumlarda ixtisar olunanlar boş yerlərdə işlə təmin olunmalıdır. Mənim yanıma gəlirlər və deyirlər ki, bizi ixtisar etdilər. İnsanları küçəyə atmayın. Mən qorxuram ki, bu ixtisarlar bizə baha başa gəlsin. İxtisar olunan insanların aqibətini düşünmək lazımdır”.

Xəbər 1546 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +