Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


10.10.2018  22:16 

Bakı şəhər Prokurorluğu təkzib xəbəri yaydı





A+  A-

Bu gün bir sıra KİV-də Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilindiyinə görə ona qarşı cinayət işinin açıldığına dair məlumat yayılıb. Bakı şəhər Prokurorluğu həmin informasiyanı təkzib edib.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərə görə, Qurbanov Elçin Müzəffər oğlu 21 fevral 2018-ci ildə Bakı şəhər Prokurorluğunun Təşkilat Analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.

Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan baş prokuroru tərəfindən CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib.

Aparılmış istintaq zamanı E. Qurbanov CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi 20.08.2018-ci il tarixdə baxılması üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilib.

Xəbər 1507 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +