Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


29.04.2018  19:53 

Ağcabədidə 2 raket və 1 mina aşkarlanıb





A+  A-

Aprelin 28-də saat 18:50-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) XəzərNews.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyatçıları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının qurumuş yatağına baxış keçirib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 1 ədəd raket (PQ-7) aşkar olunub. Aşkar olunmuş mina və raketin daşınmasının təhlükəli, havanın isə qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş obyektlər və ərazi mühafizə üçün işarələnərək Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Əməliyyat axtarış tədbirləri bu gün səhər saatlarından davam etdirilmiş, əməliyyat zərurəti ilə əlaqədar olaraq əlavə işçi qüvvəsi cəlb olunub. Həmin obyektlərdən başqa daha 1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunub.

Aşkar olunmuş 2 ədəd raket və 1 ədəd piyada əleyhinə mina partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Xəbər 1664 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +