Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


02.02.2018  08:46 

Direktorlar 500, müavinləri isə 450 manat alacaq





A+  A-

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.
XəzərNews.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən Təhsil Nazirliyi iki ay müddətində dövlət ilk peşə- ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Qeyd edək ki, qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər 1508 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +