Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin


06.09.2018  12:36 

Putin Paşinyana xəbərdarlıq edəcək





A+  A-

“Rusiyanın bəlli səbəblərdən Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətləri soyuqdur. Paşinyan hakimiyyətə gələn kimi, Rusiyadan asılılığı azaltmaq istədi. “Qarabağ klanı”nı oyundan kənar vəziyyətə salmaq istədi, bunlardan başqa da qərbpərəstliyi ilə seçilən şəxləri müxtəlif vəzifələrə irəli sürdü. Bu da Rusiyanın narazılığına səbəb oldu”.
Bu barədə XəzərNews.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, hazırda Rusiya prezidenti Vladimir Putin açıq aşkar eks prezident Robert Koçaryanı dəstəkləyir.

“Təsadüfü deyil ki, Putin Koçaryana zəng edib onu doğum günü münasibəti ilə təbrik edir. Halbuki, Koçaryanın heç bir rəsmi vəzifəsi yoxdur. Bununla Putin Paşinyana demək istəyir ki, mənim adamlarıma toxunma, əks halda sənin problemlərini artıra bilərik. Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etmək istəməsi Rusiyanı daha çox qıçıqlandırdı, narazı saldı. Çünki Rusiya bu təşkiltatı yaradıb, NATO ilə rəqabət aparır, belə bir zamanda baş katibin həbs olunması Rusiyanın imicinə zərər olardı. Ona görə bütün bunlar nəzərə alınaraq Paşinyan Moskvaya çağırılıb, orada ona ciddi xəbərdarlıq olunacaq”.

Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistanda imkanları kifayət qədərdir, hərbi bazaları var, sərhədlərini qoruyur, zavod və fabriklər əlindədir, ucuz qaz verir.

“Yəni Rusiya Paşinyana çox ciddi təsir edə bilər. Koçaryana dəstək verməklə Paşinyanı devirməyi də həyata keçirə bilər. Hətta bu alınmasa belə may ayında Ermənistanda parlament seçkiləri var, həmin ərəfədə “Qarabağ klanı” ilə rusiyapərəstləri bir araya gətirib güclü blok da formalaşdıra bilər. Bu da Paşinyanın başağrılarını artıracaq”.

E.Şahinoğlu deyib ki, Ermənistan müstəqil dövlət olmadığına görə Paşinyanın öz hədəflərinə çatması mümkün deyil.

“Ermənistan faktiki olaraq Rusiyanın vassalıdır. Birdən-birə xarici siyasəti dəyişib Qərbə inteqrasiya olunması Ermənistan kimi bir dövlətdə qeyri mümkündür. Rusiya onları bu addımlarına görə cəzalandıra bilər. Paşinyan NATO və ABŞ ilə əməkdaşlıq edir. Hətta sentyabrda Amerikaya səfəri planlaşdırılıb, Trampla görüşməyə çalışır. Amma Paşinyana nə Avropa, nə də Rusiyadan ciddi dəstək verilir. Nə maliyyə krediti verirlər, nə də hərbi dəstək.

Politoloq deyib ki, inqilabla gələn inqilabla da gedə bilər.

“Əlbəttə ki, eyni üsullardan başqaları da istifadə edə bilər. Sadəcə hazırda Paşinyanın reytinqi əhali arasında yüksəkdir. Bunu onun son mitinqi də göstərdi. Amma zaman keçdikcə islahatları dərinləşdirə bilmədikcə, sosial məsələləri həll edə bilmədikcə reytinq kifayət qədər aşağı düşəcək. Onda artıq problemləri də artacaq”.

Qeyd edək ki, Paşinyan sentyabrın 8-də Moskvaya səfərə edəcək.

Xəbər 1596 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +