Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin


25.03.2024  12:41 

İŞİD Moskvadakı terroru törətməyə qadir idi? - TƏHLİL





A+  A-


Xəzərnews.az Oxu.az-a istinadla xəbər verir ki, Moskvadakı terror hadisəsindən sonra qanlı hadisəyə görə məsuliyyət bölgüsü mövzusunda rəsmi və qeyri-rəsmi mübahisələr davam etməkdədir:

- Rusiya “İslam dövləti”nin (İŞİD) bu terrorda əli olmadığı təbliğatını apararaq diqqəti Ukraynaya yönəldir,

- Ukrayna bu terrorda əli olmadığını bəyan edir,

- İŞİD hadisəni törətdiyini car çəkir,

- Qərb İŞİD faktoru üzərində dayanır.

Terrordan sonrakı geosiyasi genişlənmə sahəsi üçün müxtəlif bəhanələr tapılacağı şübhəsizdir və terrorla mübarizə adı altında Yaxın Şərq, Mərkəzi Asiya regionlarında rəqabətin qızışacağı istisna deyil.

Amma indi vacib bir nüans ortaya çıxır: “Crocus City Hall” konsert zalında törədilən qanlı hadisənin hansı qüvvə tərəfindən idarə edilməsindən asılı olmayaraq, İŞİD qlobal təhdid kimi imicini bərpa etmək üçün təbliğat fürsəti qazanır.

Bəs zəif düşmüş və dar bir küncə sıxışdırılmış İŞİD bu cür səs-küylü terror törətməyə qadir idimi?

İŞİD 2023-cü il ərzində, əsasən, Suriya, Pakistan və Əfqanıstanda aktiv fəaliyyətə əl atıb və 2024-cü ilin ilk aylarında İranın Kirman şəhərindəki terrora görə məsuliyyəti üzərinə götürüb.

Düzdür, İŞİD-in müstəsna çəkindirici qabiliyyətə malik hücumlar təşkil etmək gücündə olması o qədər inandırıcı səslənməyə bilər.

Lakin Rusiyadakı terrorun icraçı olaraq arxasında, həqiqətən, İŞİD dayanıbsa, onda qeyd etmək olar ki:

- İŞİD-in Rusiyada dar mövcudluq dairəsi bir qədər genişlənib,

- İŞİD Rusiyada “iz qoyduqdan” sonra təhdid olaraq genişlənməsi üçün Qərbin maraqlarına qarşı da əməliyyatlar keçirə bilər.

Deməli, İŞİD-in hazırda dar çərçivədə küncə sıxılmış kimi görünən əlamətləri kənara çıxa biləcək ambisiyalara malikdir.

Bu, onunla əlaqədardır ki, İŞİD parçalanmış vəziyyətdə olsa belə, şəbəkə əsaslı sistemini işə sala bilir.

Ona hansı geostrateji güc mərkəzi dəstək olur - bu suala cavab axtarmaq da aktualdır, amma nəticə budur ki, İŞİD 2024-cü ildə qlobal səs-küy yaradan iki hadisəyə görə məsuliyyət daşıdığını bəyan edib.

Hər bir vəziyyətdə Moskvadakı hadisələrdən sonra bu nüanslar diqqətdə saxlanılmalıdır:

- Terrorçular hər hansı taktika və silahdan istifadə edərək, istədikləri vaxt hücum həyata keçirə bilərlər,

- Hökumətlər kəşfiyyat xəbərdarlıqlarını gözardı etməməli və terror hücumundan müdafiəni ideal səviyyəyə qaldırmalıdırlar.

Aqşin Kərimov

Xəbər 1185 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +