Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.06.2017  16:34 

Natiq Əliyevin ürək fəaliyyəti 3 dəqiqəlik dayandırılıb





A+  A-

Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhətinin ağırlaşması ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, iyunun 3-də ürəyindəki ağrılardan şikayətlənən nazir Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Xəstəxananın rəhbərliyinin nəzarəti ilə öz ayaqları ilə xəstəxanaya gələn nazirin müayinə olunmasına başlanılıb və o, palataya yerləşdirilib. Müayinə zamanı Natiq Əliyevin ürək aortasında tıxanma kəskinləşib və ürək fəaliyyətini dayandırıb. Təxminən 3 dəqiqəlik gərgin iş nəticəsində onun ürəyinin fəaliyyəti bərpa edilib və ürək damarlarına 4 stend qoyulub.

Xəstəxanaya daxil olandan 5 saat sonra Natiq Əliyev Kardio-reanimasiya şöbəsinə yerləşdirilib. Həmçinin vəziyyətlə bağlı yerli və xarici mütəxəssislərdən ibarət konsilium təşkil edilib. İyunun 4-də qərara alınıb ki, nazir Türkiyədə ixtisaslaşmış xəstəxanaya göndərilsin. Dünən günorta saatlarında xüsusi təyyarə və bütün hazırlıq tədbirləri yekunlaşdırılıb. Lakin mövcud riskləri də nəzərə alaraq onun səhhətinin bir qədər də normallaşması, həmçinin, özünün də rəyinin alınması lazım bilinib və bir qədər gözləmək qərara alınıb. İyunun 5-nə keçən gecə Natiq Əliyev Türkiyəyə yola salınıb.

Xəbər 1560 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +