Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.11.2017  15:52 

“Harada azərbaycanlı görürlərsə, saxlayıb incidirlər“ - Diaspor sədri





A+  A-

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərindəki yerli Azərbaycan diasporunun rəhbəri Sərraf Kərimov mülki geyimli polislərin fiziki təzyiqinə məruz qaldığı üçün məhkəməyə müraciət edib.
XəzərNews.az bildirir ki, Birləşmiş Dünya Azərbaycanlıları Birliyinin Tatarıstan Respublikası üzrə rəhbəri olan S. Kərimov APA-ya açıqlamasında faktla bağlı şəhərin Novo-Saviniovskiy rayon məhkəməsində məhkəmə prosesinin başladığını deyib.
Hadisə barədə danışan diaspor rəhbəri qeyd edib ki, iki azərbaycanlı arasındakı mübahisə ilə əlaqədar onları barışdırmaq istəyib. O, həmyerlilərinin dəvəti ilə Novo-Saviniovskiy rayonuna getdiyini söyləyib: “Maşından düşməmiş qəflətən bir neçə mülki geyimli və silahlı şəxs mənə hücum etdi. Məni təhqir edərək maşından zorla düşürdülər. Dəfələrlə onlardan nə baş verdiyini, kim olduqlarını, niyə belə aşağılayıcı şəkildə rəftar etdiklərini soruşsam da, heç bir cavab verilmədi. Ardınca polisin xüsusi təyinatlıları gəldi və məni Sovetskiy rayon polis bölməsinə aparıb, heç nə demədən səhərə kimi saxladılar və sonra buraxdılar. Bu, təkcə mənə yox, azərbaycanlılara qarşı böyük bir hörmətsizlik idi. Bu hadisənin ardınca şəhərdə harada azərbaycanlı görürlərsə, saxlayıb incidirlər. Səbəb kimi göstərirlər ki, iki azərbaycanlı arasındakı insidentlə bağlı cinayət işi ilə əlaqədar tədbirlər görülür. Mən başa düşə bilmirəm, iki nəfərə görə bütöv bir xalq bu qədər incidilərmi? Artıq şəhərin Novo-Saviniovskiy rayon məhkəməsində polisə qarşı iddia qaldırmışıq. Mənə edilən basqının əvvəldən axıra qədər videoçəkilişi də var. Məhkəməyə qədər mənə çox təsirlər oldu ki, ərizəmi geri götürüm. Amma götürmürəm, çünki mənə və şəhərdəki həmvətənlərimizə qarşı açıq formada özbaşınalıq baş verir”.

Xəbər 2618 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +