Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


04.05.2023  14:31 

Erməni deputat sülhə qarşı: “O sənəd imzalanmamalıdır”





A+  A-

“Ermənistan heç bir halda Artsaxın istənilən statusda Azərbaycanın tərkib hissəsi ola biləcəyi sənədi imzalamamalıdır”.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri “Mənim şərəfim var” fraksiyasından olan deputat, Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr daimi komissiyasının sədri Taquhi Tovmasyan İrəvanda jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“İllər keçdikcə anladıq ki, azərbaycanlılar bir gecə yuxudan duran Ramil Səfərovdan nümunə götürərək balta ilə öldürə bilirlər və bizdə kifayət qədər belə hallar olub. Başqa sözlə, mən Azərbaycanla dinc yanaşı yaşamağı təsəvvür edə bilmirəm. Bu müddət ərzində dəfələrlə atəşkəs rejimini pozublar, çoxlu qətllər törədiblər, o cümlədən dinc sakinlər, onlarla sülhdən danışmaq sadəcə absurddur. Bu sənədin nə olacağını deyə bilmərəm, lakin orada “Artsax Azərbaycanın bir hissəsidir” ifadəsi olmamalıdır, hətta nəzəri olsa da..” - Taquhi Tovmasyan bildirib.

Xəbər 1166 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +