Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


02.06.2018  11:38 

Elmar Məmmədyarov BMT baş katibi ilə görüşdü





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quttereşlə görüşüb.
Bu barədə XəzərNews.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin salamlarını Antonio Quttereşə çatdırdı. A.Quttereş Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək, onun salam və xoş arzularının çatdırılmasını xahiş etdi. BMT-nin Baş katibi nazir Elmar Məmmədyarovu Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik etdi.

Baş katib BMT və Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirdi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi dəstək və töhfəni, ilk nöbvədə Bakı Prosesi də daxil olmaqla müvəffəqiyyətlə həyata keçirdiyi təşəbbüsləri xüsusilə qeyd etdi.
Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini bildirdi.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir Elmar Məmmədyarov ölkəmizdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən irimiqyaslı və trans-regional nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb marşrutları və Cənub Qaz Layihəsi barədə danışdı.

O, Azərbaycanın BMT Baş katibinin BMT sisteminin islahatı və BMT-nin münaqişələrin qarşısının alınması və həlli məsələlərində rolunun artırılması istiqamətində səylərini dəstəklədiyini nəzərə çatdıraraq, bütün üzv dövlətlər tərəfindən BMT Nizamnaməsi əsasında üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinin vacibliyinə diqqəti çəkdi.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə Azərbaycana qarşı gücdən istifadə etdiyini və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini qeyd edərək münaqişənin regional sülhə və regionun hərtərəfli inkişafına ciddi təhdid yaratdığını vurğuladı. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin münaqişənin həllinin əsasını təşkil etdiyini deyərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz dogma torpaqlarına qayıtmasının təmin edilməsi üçün beynəlxalq səylərin artırılmasının zəruriliyinə diqqəti çəkdi. Nazir BMT Baş katibinin davamlı əsasda bəyanatlarla çıxış edərək münaqişənin həlli üzrə substantiv danışıqları dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd etdi.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi apardılar.

Xəbər 1822 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +