Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu


20.01.2024  17:15 

YAP-da genişləndirilmiş iclası keçirilib -Foto





A+  A-

Yanvarın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, iclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.

Bildirilib ki, fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar yanvarın 15-də seçkiqabağı təşviqat mərhələsinə start verildiyi diqqətə çatdırılıb. Seçkilərə “Qalib xalqın Qalib Lideri!” şüarı ilə gedən YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyasının uğurla və mütəşəkkil qaydada davam etdirildiyi vurğulanıb.

Qeyd edilib ki, kampaniya çərçivəsində respublikanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə seçki qanunvericiliyinə uyğun olaraq silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri çoxsaylı tədbirlərlə yanaşı, seçicilərlə, xüsusilə də şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlər keçirirlər.

İclasda seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti də müzakirə olunub, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilib. Eyni zamanda qarşıda duran əsas hərəkət və tədbirlərin müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib.//Bakupost



Xəbər 1012 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +