Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu


17.10.2023  17:59 

TikTok nə zaman açılacaq?





A+  A-

Xeyli müddətdir ki, ölkəmizdə TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

Antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatan idi.

Bununla belə, xatırladıram ki, hazırda istifadəçilərin əksəriyyəti VPN texologiyadan yararlanmaqla bu resursdan sərbəst istifadə edirlər.

Antiterror tədbirləri başa çatandan sonra ölkəmizdə
TikTok -a girişin bərpa edilməməsi düşündürücüdür.
Düşünürəm ki, səlahiyyətli qurum olan RİNN buna aydınlıq gətirməlidir.

Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil.

Xüsusilə də, VPN -lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır.

Fikrimcə, hökumətin bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə effektiv istifadə edilməsi, biznes və marketinq baxımından səmərəli istifadə edilməsi, azərbaycandilli faydalı kontentin yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı.

TikTok-un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib, uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı.

Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük Digital Bridge texnologiya forumunda TikTok -un rəhbərini də başda oturdublar.
Xatırladıram ki, Qazax dilində elm, təhsil, oyun və əyləncə yönümlü faydalı video materialların yaradılması üçün, bu resursdan marketinq və biznes məqsədilə istifadəni stimullaşdırmaq üçün TikTok Qazaxıstana böyük vəsaitlər ayırır.

Osman Gündüz
Azərbaycan İnternet Formunun prezidenti


Xəbər 979 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +