“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı


02.08.2023  10:49 

“Ölkəni dəlixanaya döndərmək istəyirsiz?”





A+  A-

“Ölkənin yarısından çoxu narkomaniyadan zülm çəkir. Hər iki ailədən birində narkoman var. Niyə hamınız müdrikcə susursunuz? Mənim kimi “mama uşağı” bunu görür, siz görmürsüz? Ölkəni üstüaçıq dəlixanaya döndərmək istəyirsiz? Məqsədiniz nədir? Kimlərdir bunları edənlər?”

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə şair Şəhriyar Del Gərani çıxış edib.

Şəhriyar Del Gərani bildirib ki, bəli, adamlar mahiyyətcə bambılılığa meyllidir:

“Bunu dördüncü sinifi əla qiymətlərlə oxuyan hər kəs bilir. Amma bu, o demək deyil “patı” 5 manata hər tində-bucaqda satıla bilər! Amma bu, o demək deyil “ot” su qiymətinə tapılmalıdır! Heç kəsin xətrinə dəyməsin, Azərbaycanda gecə saat 1-də siqaret tapmaq daha çətin məsələdir, nəinki “patı”, nəinki “ot” tapmaq. Namusu yerində olan hər kəs buna münasibət bildirməlidir. Hər evdə SOS! var. Aşağı-yuxarı hər evdə. Mənim həyatımdan hamını alıb bu mərət. Bircə yoldaşım, bircə uşaqlıq dostum qalmayıb dərdləşəsi. Yarısı həbsxanalardadır, yarısı sülənməkliklərdə - xəstəhal, ölüvay. Allahsız cəmiyyətdə bu qədər də olmaz axı. Olmaz vallah…”

Xəbər 1039 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +