Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu


25.10.2022  13:37 

Orxan Nəcəfov saxlanılıb





A+  A-

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Nəcəfov saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, O.Nəcəfovun müxtəlif vaxtlarda Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində quraşdırılmış 2 ədəd su nasosunun hissələrini, şəhər ərazisində yerləşən mehmanxanaların birindən 4 ədəd alüminium qapı və plastik borular, 2 evdən ümumilikdə 3 qapı və plastik pəncərə, eləcə də bir mağazadan tütün məmulatları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbər 998 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +