Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu


20.03.2022  11:37 

Bayram günü 13 kq 680 qram narkotika ilə tutuldu





A+  A-

Mart ayının 20-də saat 05:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən bir nəfər saxlanılıb.

XəzərNews.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, onun Biləsuvar şəhər sakini 1979-cu il təvəllüdlü İsgəndərov Razi Əlipaşa oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram narkotik vasitəyə (8 kiloqram 800 qram “marixuana”, 2 kiloqram 840 qram “tiryək”, 1 kiloqram “heroin”, 1 kiloqram 40 qram “metamfetamin”) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbər 1939 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +