“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı


11.04.2020  17:21 

Saxta jurnalist vəsiqəsi düzəldən şəxs TUTULDU





A+  A-

Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəhər sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib.

Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. T. Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər 1448 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +