Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


03.04.2025  12:45 

Netanyahu Budapeştə səfər edib





A+  A-

İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına baxmayaraq, aprelin 3-də səhər saatlarında Budapeştə səfər edib.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun gəlişini Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicki Facebook səhifəsində bildirib.

Siyasətçini hava limanında Salay-Bobrovnitski qarşılayıb.

The Times of Israel vurğulayır ki, Macarıstan BCM-nin üzvüdür və BCM-nin Netanyahuya qarşı mümkün müharibə cinayətlərinə görə verdiyi həbs orderini yerinə yetirməyə borcludur.

“Lakin gözlənildiyi kimi baş nazir hərbi fəxri qarovul dəstəsi qarşılayıb və insidentsiz otelə yola salınıb”, - məlumatda deyilir.

“Azadlıq” radiosunun macar xidməti yazıb ki, Netanyahu Macarıstana dörd günlük səfəri zamanı həbs olunmayacağına “faktiki olaraq əmindir”.

Xəbər 1768 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +