Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


30.01.2024  09:53 

“Ermənistan mina xəritələrini verməməklə azad edilən ərazilərə qayıdışı əngəlləmək istəyir“ -Türkiyəli ekspert





A+  A-

Ermənistan hökuməti Azərbaycanın işlərini çətinləşdirmək və işğaldan azad edilən ərazilərdə mülki həyatın bərpasının qarşısını almaq məqsədilə minalanmış ərazilərin xəritəsini vermir.

Xəzərnews.az bildirir ki, bunu “Report”a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

“Ermənistanın xəritələri verməməsi həmin ərazilərdə mülki həyatın cücərməsinə mane olmaq üçün tətbiq edilən sistematik bir strategiyadır. Çünki hansısa bir ərazidə mina varsa, orada mülki əhalinin yaşaması mümkün deyil. Bu, özündə böyük bir təhlükə ehtiva edər”, - o söyləyib.

Ekspert minatəmizləmə işinin çox çətin bir proses olduğuna diqqət çəkərək Ermənistanın xəritələri qısa müddətdə Azərbaycana verməli olduğunu vurğulayıb:

“Hər şeydən əvvəl Ermənistanın əlində olan xəritələrin nə qədər mina sahəsini əhatə etdiyini öyrənmək lazımdır. Bu önəmli bir detaldır. Ancaq bu detalla bərabər Ermənistan törətdiyi mina terroru və onun xəritələri gizlətməsi əməli hansısa bir formada beynəlxalq arenaya çıxarılıb sübut edilməlidir. Çünki bu, bir insanlıq və müharibə cinayətidir. Bu aspektdən baxdıqda təzminat tələb olunması da önəmli bir məsələdir”.



A.Ağarın fikrincə, İrəvanın törətdiyi bu cinayətin üstünə getmək, onu faktlarla Ermənistana dəstək olan ölkələrə göstərmək lazımdır:

“Çünki ortada haqsız bir işğal olub. Ona görə də həm Ermənistanın, həm də onu dəstəkləyən ölkələrin burada bir cinayət görüntüsü var və bu məsələnin beynəlxalq hüququn mövzusu olduğunu düşünürəm”.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib. Nəticədə 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 342 nəfər minaya düşüb. Onlardan 65-i həlak olub.

Xəbər 1709 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +