“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


24.09.2018  16:43 

İŞİD yeni təhlükə yaradır...





A+  A-

Bir vaxtların qorxulu kabusuna çevrilən İŞİD yenidən aktivləşmək üzrədir. Belə ki, dünən İŞİD terror qruplaşmasının yaraqlıları İraqın Kərkük vilayətində neft kəmərini partladıblar. Partlayış nəticəsində meydana gələn yanğın çox böyük çətinliklə söndürülüb.
Eyni zamanda İranın Əhvaz şəhərində də törədilən terrorun İŞİD tərəfindən həyata keçirildiyi haqqında iddialar var.

XəzərNews.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib ki, İŞİD özünü yenidən beynəlxalq aləmin gündəminə gətirmək niyyətindədir.

“Qorxulu insident yarana bilər”

“Son bir neçə il ərzində Suriyada, İraqda İŞİD-ə çox böyük zərbələr dəyərək xeyli zəifləmişdi. Görünür, zərbəyə baxmayaraq son terror aksiyalarında hələ də güclü olduqlarını göstərməyə çalışırlar. İraqın Kərkük vilayətində baş verən partlayışdan sonra beynəlxalq aləmə sübut etməyə çalışırlar ki, istədiyi hədəfi vura bilərlər. Bu o deməkdir ki, həmin dövlətlər, beynəlxalq konvensiyalar İŞİD-ə, terrora qarşı mübarizəni gücləndirməlidirlər. Güclü partlayışların davamı gələcəkdə qorxulu insidentlər də yarada bilər”.

“Region üçün təhlükəlidir”

Politoloqın sözlərinə görə, İŞİD-in yenidən aktivləşməsi region üçün də təhlükəlidir

“İŞİD vaxtilə çox zəif qruplaşma idi və zaman keçdikcə gücləndi. İraqın, Liviyanın yarısını tutdular. Buna illər lazım oldu. Böyük dövlətlər İŞİD-in bir hissəsini neytrallaşdırdılar. İŞİD isə özünü göstərmək üçün fürsət axtarır.

İŞİD-in İraqda partlayış törətməsi region üçün təhlükəlidir. Boru xətlərinin partladılması, enerji resurslarına edilən hücumlar bizi də düşündürməlidir. Çünki biz regionun əsas enerji təminatçısıyıq. İstəyirik ki, enerji resurslarımız dünya bazarına çıxsın. Boru xətlərinin keçdiyi ərazilər də terrorçuların nəzarətindən o qədər də uzaq deyil. Ona görə də aksiyaların qarşısını almaq üçün Azərbaycan terrorçulara qarşı mübarizədə böyük dövlətlərin yanında olmalıdır. Təbii, biz bu məsələdə işlərimizi davam etdiririk.

Təhlükəsizliyimiz elə məsələdir ki, hər zaman diqqət mərkəzində olmalıdır. Fikir verin: Gəncədə baş verən olaylar yaxın tarixin hadisəsidir. Heç kimin ağlına gəlməzdi ki, Gəncədə radikal şəbəkə var. Hadisəni törədib ardınca polisləri öldürdülər. O zaman anladıq ki, böyük təhlükə var. Ona görə də təhlükəsizliyi daim diqqətdə saxlamaq lazımdır. Çünki radikal qruplaşmalar fürsət axtarırlar ki, zəif nöqtələr tapıb orada möhkəmlənsinlər”

Xəbər 1585 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +